Bibiheybətdə iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb

img

05-11-2019 [23:54]


Bakıda iki nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Səbail rayonu Bibiheybət qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, qəza nəticəsində 1986-cı il təvəllüdlü Mustafayev Elşən Hüseynağa oğlu, 1937- ci il təvəllüdlü Abdulova Səkinə Kamal qızı və 1989-cu il təvəllüdlü Əliyeva Gülnarə Elman qızı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

M.Elşənə qapalı kəllə-beyin travması, A. Səkinəyə sağ dizinin əzilməsi və sağ göz orbitasının hematoması, Ə. Gülnarəyə isə sağdan ikinci barmağının əzilməsi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR