Tacir Şahmalıoğludan Fədayə Laçının bacısına ittiham: "O düşünür ki, Fədayə mənə görə həbs olunub"

05-11-2019 [22:59]
Müğənni Tacir Şahmalıoğlu bir müddət öncə həbsxanadan çıxan Fədayə Laçının onunla duet oxumaq istəməməsinə münasibət bildirib.  

"Musavat.com"a açıqlama verən sənətçi bildirib ki, hələ də Fədayə ilə görüşməyib: "Fədayə ilə görüşməmişəm, nömrəsini tapa bilmirəm. O, həbsxanada olanda dəfələrlə yanına getməyə cəhd göstərdim. Dedilər ki, icazə yoxdur, ancaq anası və bacısı gələ bilər. Qorxusundan Fədayənin adını çəkməyənlər və ümumiyyətlə, onunla ünsiyyəti olmayanlar indi yanına gedib, video çəkir, qucaqlayır. Fədayəni mən çox istəyirəm. Biz bacısına görə görüşə bilmirik, həmişə bacısı İlahə Fəda bizə maneə törədib. 

O düşünür ki, Fədayə mənə görə həbs olunub, günahı məndə görür. O, həbsdə olanda anası ilə dəfələrlə danışmışıq. Həmişə getdiyim evdir. Niyə getməyim? Fədayə ilə görüşəcəyəm, yeni mahnılar haqda danışacağıq. Hələ başım qarışıqdır”. 


SON XƏBƏRLƏR