Olimpiya çempionu qardaşının aparıcını döyməsindən danışdı: "Nə mən, nə də ailəm onun arxasınca gələn deyil"

img

05-11-2019 [22:47]


"Bəli, mənim qardaşımdır, ancaq mən onun etdiklərinə cavabdeh deyiləm". 

Bu sözləri Elçin Əlibəylini döyməkdə ittiham edilən Natiq Abdullayevin qardaşı - Olimpiya çempionu Namiq Abdullayev deyib. 
 
Mia.az xəbər verir ki, Namiq Abdullayev "Baku.ws"yə açıqlamasında bu xoşagəlməz məsələdə adının hallanmasının doğru olmadığını bildirib:

"Mənim heç xəbərim yox idi, bu gün eşitdim. Ümumiyyətlə, bu məsələnin mənə aidiyyatı yoxdur. Hər ikisinin arasında nə olubsa, getsin şikayətini etsin. Mənim adımı nahaq yerə hallandırır. Elçin Əlibəyli o vəziyyətə çatdırıb ki, hamı mənə zəng vurur. Belə etməməli idi. Qanun var, qanunvericilik var.

Bilirsiz ki, mənim işim həm idmandır, həm də qanun keşiyində dayanmaqdır. Kim olursa olsun, fərqi yoxdur, olimpiya çempionudur və ya başqası, hər kəs qanun qarşısında cavab verməlidir. Hər kəs mənim necə nümunəvi vətəndaş olduğumu bilir, heç vaxt qanuna qarşı çıxmamışam, çıxmaram da. İstəyir qardaşım olmur, lap iki gözüm olsun, əgər xəsarət yetiribsə cəzasını çəkməlidir".

N.Abdullayev bu hadisənin qardaşı Natiqin ilk səhvi olmadığını da qeyd etdi:

"O vaxt da buna oxşar məsələ baş vermişdi, Natiq orada-burada mənim adımdan istifadə edib, bəzi işlər görmüşdü. Onun etdikləri çoxlarına bəllidir. Bundan əvvəl də onunla bağlı açıqlama vermişdim. Hamı bilir nə mən, nə də ailəm onun arxasınca gələn deyil. Əlibəyli getsin şikayətini etsin!"

Namiq bəy qardaşı Natiqin heç bir idman uğuru olmadığını qeyd etdi:

"Natiq nə avropa çempionudur, nə də respublika çempionu. Düzdür, idmanla məşğul olub, amma idmanda heç bir nəaliyyəti yoxdur. Ailəmizdə iki çempion var, biri dünya çempionu qardaşım Arif Abdullayev, biri də mən".

Digər xəbərlər
SON XƏBƏRLƏR