Bələdiyyə seçkilərində iştirak etmək üçün 23768 nəfərin namizədliyi irəli sürülüb

img

05-11-2019 [17:27]


"Bu il dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün 23768 nəfər namizədliyinin irəli sürülməsi ilə bağlı dairə seçki komissiyalarına müraciət edib".

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, 11899 nəfər fərdi qaydada müraciət edib. 11839 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 30 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.

Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR