GENERAL HƏZİ ASLANOVLA ŞÖBƏ MÜDİRİ VƏZİFƏDƏN ÇIXARILDILAR - Yeni təyinat

img

05-11-2019 [17:11]


Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov rəhbərlik etdiyi qurumda kadr islahatlarını davam etdirir.

Mia.az Strateq.az-a istinadla xəbər verir ki, bu gün nazirin əmriylə DİN-in aparıcı Baş İdarələrindən daha birinin – Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, general mayor Həzi Aslanov tutduğu vəzifədən azad edilib. 

O, eyni zamanda işindəki nöqsanlara görə DİN-in rəhbər işçilərindən ibarət məşvərətçi orqan sayılan və təqdimatları Prezident tərəfindən təsdiqlənən Kollegiya üzvlüyündən də çıxarılıb.

Nazirin digər əmriylə Həzi Aslanov DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə rəis təyin edilib.

Qeyd edək ki, nazirin əmriylə Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı İzzət Kərimov da vəzifəsindən azad edilib.

Hələlik Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi və şöbə rəisi vəzifələrinə təyinat olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR