Mehriban Əliyeva Oqtay Gülalıyevin müalicəsini nəzarətə götürdü - Xaricdən həkim çağırıldı

img

05-11-2019 [16:15]


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb.

Mia.az xəbər verir ki, bu barədə "Turan” agentliyinə hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Gülalıyeva bildirib.

"Mənə Fonddan zəng etdilər, Oqtayın vəziyyəti ilə maraqlandılar və problemlərimizi soruşdular. Mən dedim ki, yalnız keyfiyyətli müalicəyə və həyat yoldaşımın sağalmasına ehtiyacımız var”, - deyə həyat yoldaşı qeyd edib.

Fond nümayəndələri ona bildiriblər ki, müalicəyə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət olunub, onlar elə bu gün Bakıya gələcəklər.

Xatırladaq ki, Oqtay Gülalıyev oktyabrın 29-da avtomobil vurduqdan sonra ağır kəllə-beyin travması alıb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar. Oktyabrın 30-da fəal baş beyindən gematomanın çıxarılması üzrə ağır əməliyyat olunub. Amma əməliyyat lazımi vaxtdan xeyli gec edilib.Həkimlərin proqnozlarına görə, nəticə müsbət olarsa, bir neçə həftə sonra hüquq müdafiəçisi komadan çıxa bilər və bundan sonra aylarla reabilitasiya kursu keçməli olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR