Olimpiya çempionunun idmançı qardaşı aparıcını döydü: "Fənd işlədərək, təpiklə..."

05-11-2019 [13:56]
Olimpiya çempionu Namiq Abdullayevin qardaşı olan Avropa çempionu Natiq Abdullayev tanınmış teleaparıcı Elçin Əlibəylini döyüb.

Mia.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.

Bildirib ki, oktyabrın 19-u qonşusu tərəfindən siyasi motivlərə görə döyülsə də, bu günə kimi döyən şəxsin Olimpiya çempionu Namiq Abdullayevin qardaşı olması hesabına DİN susur:

"Bu ölkədə haqq-ədalət yoxdur nəticəsinə gəlirəm.

Döyülmək və söyülmək davası deyil, mənim davam, avropa çempionu olan qonşum fənd işlədərək, təpiklə mənim əmilliyyatdan yenicə çıxdığım yırtıq (qrija) partlatması hesabına aldığım ağır zərbədən günlərlə çəkdiyim əziyyətdir.

Təcili əmiliyyat olunmalıyam, amma mən bu yazını yazanda belə ağrıkəsici iynənin təsiri ilə yazıram.

Mənə yalnız sizin mənəvi dəstəyiniz lazımdır".


SON XƏBƏRLƏR