Türk hərbçiləri Bağdadinin bacısını həbs etdi

05-11-2019 [11:30]
İŞİD qruplaşmasının ötən ay öldürülən lideri Əbubəkr əl-Bağdadinin bacısı Rasmiya Avadı Suriyanın Azez şəhəri yaxınlığında saxlanılıb.

Mia.az Türkiyə mətbuatına istinadla bildirir ki, 65 yaşlı Rasmiya Avad həyat yoldaşı, gəlini və 5 uşağı ilə birlikdə yaşadığı konteynerdə Türkiyə hərbçiləri tərəfindən tutulub.

Bildirilir ki, onun İŞİD haqqında bildikləri daha çox terrorçunun tutulmasına yardım edəcək.

Xatırladaq ki, İŞİD-in qurucusu Əbubəkir əl-Bağdadi oktyabrın 27-də Suriyanın İdlib əyalətinin Barişa kəndində ABŞ hərbçilərinin keçirdiyi əməliyyat nəticəsində öldürülüb. 


SON XƏBƏRLƏR