İran tərəfdən sərhədimiz pozulub - Narkotik gətirən şəxs qaçıb

img

05-11-2019 [10:21]


Noyabrın 3-də saat 07:30 radələrində Astara şə­həri ya­xınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisin­də İrandan Azərbaycan istiqa­mə­tin­də döv­lət sərhədini pozaraq ölkə ərazi­sinə nar­ko­tik mad­də gətirən bir nəfər naməlum şəxs həmin ərazidə xid­mət aparan sərhəd naryadı tərəfindən aşkar edilib.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Mia.az-a verilən məlumata görə, sər­həd­çi­lə­rin qanuni tələblərinə əməl etməyən sərhəd pozucu­sunun təqibi za­manı o, əlindəki çantanı ataraq relyefin mürək­kəbliyindən is­tifadə edərək İran istiqamətində geri qaçıb.

Hadisə yerinə baxış zamanı sərhəd pozucusunun yerə atdığı çantada qa­nunsuz yolla Azərbaycan ərazisinə keçirilən külli miqdarda nar­ko­tik va­sitə olan 12 kq 730 qram "Kakos”, 7945 ədəd "Metadon 40” psixotrop maddə və 1 ədəd so­yuq silah (xəncər) aşkar edilərək götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR