Bakıda iki avtobus toqquşdu -7 nəfər yaralandı

img

05-11-2019 [09:59]


Səhiyyə Nazirliyi Bakıda iki avtobusun toqquşması nəticəsində xəsarət alanların son durumunu açıqlayıb. 

Nazirlikdən Mia.az-a bildirilib ki, hadisə yerinə 5 həkim briqadası göndərilib:  

"Bakının Nizami rayonu, 8-ci kilometr bazarının yanında, iki maaşrut avtobusunun toqquşması barədə məlumat Təcili Tibbi Yardıma saat 22:20 də daxil olub.

Ümumilikdə 8 nəfər hospital olunub. Onlardan 4-ü kişi, 4-ü qadındır, 1 qadın burun sümüyünün sınığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə, digər 7 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. 

Xəstəxananın baş həkiminin verdiyi məlumata görə, qəza ilə əlaqədar xəstəxanaya çatdırılanlara lazımı tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicəyə buraxılıblar. Kliniki Tibbi Mərkəzə çatdırılan 21 yaşlı qız da göstərilən tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb". 

Digər xəbərlər
SON XƏBƏRLƏR