İCRA BAŞÇISI XARİCDƏKİ SƏRVƏTİNİ OĞLUNUN ADINA SƏNƏDLƏŞDİRİB - Son 7 gündə + Sənədlər

img

04-11-2019 [20:47]


"Ziyəddin Əliyevdən daha bir xəbər var. Qubanın icra başçısı xaricdəki şirkətləri ilə bağlı sənədlərin ortaya çıxmasından təlaşlanıb". 

Mia.az xəbər verir ki, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkədəki səhifəsində yazıb.

Bildirib ki, xüsusilə son günlər bəzi məmurlarla bağlı qərarlar cənab icra başçısını ciddi narahat edib və izi itirmək üçün bir həftə əvvəl Çexiyadakı şirkətinin təsisçiliyindən imtina edib: "Çexiya Maliyyə Nazirliyinin reyestr məlumatlarına görə bir həftə əvvəl, yəni oktyabrın 28-də Brnoda fəaliyyət göstərən AZ-SERVİCE NR SRO şirkətinin təsisçisi ilə bağlı dəyişikliklər edilib. Sənədlərə görə, şirkətin 100 faizlik payına sahib olan Ziyəddin Əliyevin adı təsisçilik hüququ ləğv edilib, şirkət bütünlüklə icra başçısının oğlu Nicat Əlibəylinin adına rəsmiləşdirilib. 

Son proseslərdən sonra onun Çexiyadakı şirkətlə tələm-tələsik qərar qəbul etməsi onu deməyə əsas verir ki, bu barədə cənab Əliyevə kimlərsə məsləhət verib. 

Reyestrə daxil edilmiş son məlumatlara görə icra başçısının Brnodakı şirkətinin aktivləri 14 milyon 849 min krona (650 min dollar) çatlb".

Cavanşır Həsənli adlı şəxsin şəkli.


Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.


Cavanşır Həsənli adlı şəxsin şəkli.

Digər xəbərlər
SON XƏBƏRLƏR