Daxili İşlər Nazirliyi Sumqayıtda iki nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yaydı

img

04-11-2019 [13:54]


Daxili İşlər Nazirliyi (DİN) Sumqayıt şəhərində ötən gün iki nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, noyabrın 3-də saat 12 radələrində Stansiya Sumqayıt qəsəbəsi ərazisində şəhər sakini Nazim Həsənovun idarə etdiyi "Mitsubishi” və Bakı şəhər sakini Ş.Babayevin idarə etdiyi "Ravon” markalı avtomobillər toqquşub.

Nəticədə N.Həsənov və Ş.Babayevin sərnişini olan qardaşı Seymur hadisə yerində ölüb, digər sürücü və 4 sərnişini, habelə Ş.Babayevin 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR