Seyid Qəmbər Əsgərovun türbəsindəki qəbri dağıdılıb - Gürcüstanda + FOTO

img

04-11-2019 [13:40]


Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Daştəpə kənd qəbirstanlığında vandalizm aktı törədilib.

"Report”un yerli bürosu xəbər verir ki, qəbirstanlıqda Seyid Qəmbər Əsgərovun türbəsindəki qəbri dağıdılıb.

Onun ailəsinin beş üzvünün qəbirlərinin baş daşları da uçurularaq yararsız hala salınıb.

Seyid Qənbər Əsgərovun yaxınları və Daştəpə sakinləri qəbirlərin qəsdən dağıdıldığını iddia edirlər.

Hadisə yerinə polis çağırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR