YAP funksionerindən nümunəvi addım: deputat Oqtay Gülalıyevi ziyarət edib

04-11-2019 [11:45]
Milli Məclisin deputatı, YAP funksioneri Aydın Mirzəzadə Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevi ziyarət edib.

Mia.az xəbər verir ki, bu barədə deputat sosial şəbəkədə yazıb.

O bildirib ki, indicə Respublika Neyrocərrahiyyə Xəsəxanasında müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevə baş çəkib: "İcazə alaraq reanimasiya şöbəsində onu gördüm, baş həkim, onu əməliyyat edən cərrah və reaminatoloqla onun vəziyyəti barədə söhbət etdim. Vəziyyəti ağır stabildir, dərin komadadır, intensiv müalicəsi gedir. Lazimi dərmanlar vurulur, müalicəsi ciddi nəzarətdədir. Ailəsinə və yaxın dostların onu görməyə icazə verilir, vəziyyəti və müalicənin gedişi barədə məlumatlandırılır. Allah şəfa versin".

Xatırladaq ki, oktyabrın 29-u hüquq müdafiəçisi Oqtay Gülalıyevi maşın vurb. O hazırda koma vəziyyətindədir.


SON XƏBƏRLƏR