"Deputatların və məmurların maaşları artacaq” - İqtisadçı açıqladı

img

04-11-2019 [10:49]


"İdarəetmədə aparılan struktur dəyişikliklərinin əsas hədəflərindən biri də qanunvericilik və icra hakimiyyətinin saxlanılması xərcləriniun rasionallaşdırılması olmalıdır”.

Mia.az-ın məlumatına görə, bunu iqtisadçı Qubad İbadoğlu deyib. 

O, büdcə məlumatlarına istinadən bildirib ki, son dövrlər ən çox artıma məruz qalan xərc bölmələrindən biri də idarəetmə xərcləridir: "Əgər bu məqsədlə 2018-ci ilin büdcəsindən 627,5 milyon manat xərclənmişdirsə, bu ilin büdcəsində 827,2 milyon manat xərclənməsi gözlənilirsə, gələn ilin büdcəsindən xərcləmələr 1 milyard 122,6 milyon manat proqnozlaşdırılıb. 

Bu vəsaitin 2018-ci ildə 65 faizi, 2019-cu ildə 60 faizi, 2020-ci ildə 67,2 faizi əməyin ödənişi xərcləridir. Bu o deməkdir ki, gələn ildən deputatların və məmurların maaşları artacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR