Qubada güclü qardan sonra ac qalan canavar sürüsü kəndinə girib

03-11-2019 [17:27]
Qubada yağan güclü qardan sonra ac qalan canavar sürüsü Xınalıq kəndinə girib.

Mia.az "Report”a istinadla bildirir ki, kənd sakinləri bildirib ki, 7 canavardan ibarət sürü bu gecə kəndə girib.

Kənd camaatı ayıq-sayıq olduğundan, sakinlərə heç bir ziyan dəyməyib.

Səhər açıldıqdan sonra yırtıcılar kəndi tərk edib.


SON XƏBƏRLƏR