Tramp: "İmpiçment cəhdi macəra və saxtakarlıqdır"

img

03-11-2019 [10:35]


ABŞ prezidenti Donald Tramp Demokrat Partiyasını onun impiçmenti proseduruna 2020-ci ilin seçkilərində qələbəyə nail olmaq üçün təşəbbüs göstərməkdə ittiham edib.

Trampın fikrincə, impiçment cəhdi macəra və saxtakarlıqdır.

"Demokratlar ondan (impiçment prosedurundan - red) siyasi hədəflərə, seçkiləri udmağa çalışmaq üçün istifadə edirlər, hansılarda ki, onlar qələbə qazanmayacaqlar", - deyə Ağ Ev rəhbəri bildirib.

Bu halda Tramp əmindir ki, Nümayəndələr Palatasında impiçment proseduru çərçivəsində bağlı dinləmələr yaxşı keçir. Amma dövlət başçısı demokratları onları iclasların stenoqramlarını dərc etməməkdə qınayıb.

Oktyabrın 31-də Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatası ölkə prezidentinin impiçmenti prosedurunun başlanğıcına dəstək olaraq qətnamə qəbul edib.

Sentyabrın 24-də demokratlar Trampı hakimiyyətdən sui istifadədə və Ukrayna rəhbərliyinə təzyiq göstərməkdə ittiham edərək impiçment proseduruna başlayıblar/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR