8 beşmərtəbəli binada qaz təchizatı dayandırıldı - Güclü külək qəza yaratdı

img

02-11-2019 [22:40]


Bu gün ölkə ərazisində əsən güclü külək qaz təsərrüfatına da ziyansız ötüşməyib. Sabunçu rayonu Bakıxanov qəsəbəsi M.Gəncəvi küçəsi 25 ünvanında irigövdəli ağac 100 mm diametrində qaz xəttinin üzərinə aşıb.

"Azəriqaz” İstehsalat Birliyindən Mia.az-a bildirilib ki, nəticədə 8 beşmərtəbəli binada qaz təchizatı dayandırılıb.

Sabunçu rayonu Ramana qəsəbəsi südçülük sovxozu yaşayış massivində daş hasar sayğaclara qoşulu bir neçə müxtəlif diametrli qaz xəttinin üzərinə aşıb. Bu hadisə 200 abonentin qaz təminatında fasilə yaranmasına səbəb olub. "Azəriqaz” İstehsalat Birliyinin əlaqədar qurumları bu fəsadların aradan qaldırılması üçün xüsusi rejimdə çalışır.

Digər xəbərlər
SON XƏBƏRLƏR