Araz Əlizadənin Türkiyə haqda fikirlərinə etirazlar artır - YAP-çı deputat "Görünür, o, belələrindəndir” dedi

img

02-11-2019 [21:40]


Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadənin İTV-də yayımlanan 3D proqramının qonağı olarkən Osmanlı İmperiyası barədə səsləndirdiyi fikirlər reaksiya doğurmaqda davam edir.

Xatırladaq ki, aparıcı Dadaş Dadaşlinskinin suallarını cavablandırarkən Araz Əlizadə Osmanlı ordusunu pul qarşılığında xidmət edən muzdlu ordu adlandırmış, Türkiyə və Azərbaycanın isə qardaş ölkə olmadığını iddia etmişdi.

Qalmaqallı açıqlama Türkiyədə səs-küy doğurmuş, Modern.az-a telefon açan türkiyəli deputatlar və jurnalistlər Araz Əlizadənin səsləndirdiyi fikirlərə kəskin etirazını bildirmişdilər.  

Araz Əlizadənin deputat həmkarları da məsələyə biganə qalmayıb. 

YAP-çı deputat Məlahət İbrahimqızı həmkarı Araz Əlizadənin fikirlərinə öz etirazını ifadə edib.

"ASDP-nin sədri Araz Əlizadənin ITV-də ictimaiyyəti qıcıqlandıran, təxribat xarakterli fikirləri dövlətimizin qurucusu Heydər Əliyev və Prezidentimiz möhtərəm cənab İlham Əliyevin "Bir Millət İki Dövlət” siyasətinə tamamilə ziddir və kökündən yanlışdır. Yeganə  missiyası Azərbaycan-Türkiyə düşmənlərinin sifarişini icra etmək olan sədr danışdığı dilin hansı dil qrupuna aid olduğunun fərqində deyil. Görünür, o, mənsub olduğu Aryan irqi demək əvəzinə,  Hind-Avropa irqi deyir ki, belə bir irq də mövcud deyildir.  Bu coğrafiyada Aryan irqinə yalnız farslar, ermənilır özlərini aid edirlər... 

Görünür,  Araz Əlizadə də belələrindəndir”.

Məlahət İbrahimqızı Azərbaycanın tolerant ölkə olduğunu diqqətə çatdırıb, bununla belə, insanlarlın hissiyatına toxunmağı qəbuledilməz hesab edib: "Azərbaycan xalqı irqçi deyil və dünyaya tolerantlıq və multikultural dəyərləri ilə nümunədir. Biz bununla da fəxr edirik. Bizim ölkəmizdə yaşayan bütün xalqlar bir biri ilə qardaşdır. Amma kimsəyə də təxribat xarakterli fikirlər səsləndirməklə insanların hissiyyatına toxunmağa  əsas verilmir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR