“Azercell”in “Mobil Diş Klinikası” ödənişsiz müayinələrin təşkilini davam etdirir

02-11-2019 [21:22]
Ölkənin rəqəmsal həllər təqdim edən lider operatoru "Azercell Telekom” MMC həm də Korporativ Sosial Məsuliyyət proqramlarının daimi təşəbbüskarı və iştirakçısı kimi tanınır.

"Azercell Telekom”dan verilən məlumata görə, "Mobil Diş Klinikası” şirkətin sosial əhəmiyyət daşıyan layihələrindən biridir. Fəaliyyəti boyunca 4 mindən çox insana yardım etmiş klinika oktyabr ayında Qaradağ rayonu, Sahil qəsəbəsinə səfər edib. Bir ay davam edən müayinə və müalicə tədbirlərindən aztəminatlı və məcburi köçkün ailələrindən olan uşaqlar, habelə sağlamlıq imkanları məhdud körpələr yararlanıb. Ümumilikdə 118 uşağa tibbi yardım göstərilib.

Azərbaycandakı əksər uşaq evlərində stomatoloji kabinetin olmamasını nəzərə alan "Azercell Telekom” MMC "Mobil Diş Klinikası”nı ən müasir tibbi avadanlıqla təchiz edib. Klinikanın əsas hədəfi internat məktəblərinin şagirdlərini, valideyn himayəsindən məhrum uşaqları və qaçqın düşərgələrində məskunlaşmış körpələri müayinə və müalicə etməkdir.

Qeyd edək ki, bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə "Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyi tərəfindən həyata keçirilir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

WhatsAppFacebookFacebook MessengerTwitterShare


SON XƏBƏRLƏR