Bakıda şadlıq evində qanlı olay: Ordubad sakini 3 nəfəri bıçaqladı

02-11-2019 [13:09]
Daxili İşlər Nazirliyi Bakıda "Bənövşə" şadlıq sarayında 3 nəfərin bıçaqlanması ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən Mia.az-a veriləın məlumata görə, noyabrın 1-də saat 22 radələrində 3 nəfərin bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla Binə qəsəbəsi ərazisində yerləşən şadlıq sarayında baş vermiş münaqişə zəminində Ceyhun adlı şəxsin onlara bıçaqla xəsarət yetirməsi müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Ordubad rayon sakini C.Məmmədov qısa müddətdə müəyyən edilərək 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır. 


SON XƏBƏRLƏR