Rövnəq Abdullayev əmr verdi: dənizdə iş dayandırıldı, 150 işçi sahilə çıxarıldı

02-11-2019 [12:35]
Bu gün hava şəraitinin kəskinləşməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndirib.

Mia.az SOCAR-a istinadla bildirir ki, hazırda 150-ə yaxın əməkdaş sahilə çıxarılıb, bəzi sahələrdən işçilərin təxliyyəsi davam edir və yaxın zamanda tamamlanacaq: "Hava şəraitinin kəskin pisləşməsi ilə bağlı açıq hava şəraitində işlər məhdudlaşdırılıb, qurğular təhlükəsiz vəziyyətə gətirilib. Mümkün fövqəladə vəziyyətlə əlaqədar digər təşkilat və qurumlarla mütəmadi əlaqələr saxlanılır, vəziyyət daimi nəzarət altındadır".


SON XƏBƏRLƏR