YAP-ın Xaçmaz rayon təşkilatının sədri istefa verdi - Sabiq icra başçısı yeni sədr seçildi

img

02-11-2019 [12:10]


Bu gün Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının 9-cu konfransı keçirilib.

Məlumata görə, YAP rayon təşkilatının sədri Nazim Ağayev istefa verib. 

Yeni sədrin seçilməsi ilə bağlı keçirilən səsvermədə Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Şəmsəddin Xanbabayev YAP-ın Xaçmaz rayon təşkilatının sədri seçilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin oktyabrın 31-də imzaladığı sərəncamla Şəmsəddin Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub və Elnur Şahbaz oğlu Rzayev Xaçmaz RİH-in başçısı təyin edilib/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR