Şəki sakininin evində külli miqdarda narkotik vasitə aşkarlanıb

img

02-11-2019 [10:55]


Şəki sakininin evində külli miqdarda narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən  məlumata görə, polis əməkdaşları şəhər sakini, 50 yaşlı Telman Əhmədovun yaşadığı evdə narkotik vasitə saxlaması və satışı ilə məşğul olması barədə məlumat əldə edib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində T.Əhmədov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman oradan ayrı-ayrı sellofan torbalarda ümumi çəkisi 4 kiloqramdan artıq satış məqsədilə saxladığı narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsinin İstintaq bölməsində T.Əhmədovun barəsində cinayət işi açılıb, istintaq aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR