Avropa çempionatı: Azərbaycan və Ermənistan yığmalarının heyətləri açıqlanıb

02-11-2019 [10:13]
Azərbaycanın kişi və qadın şahmatçılarından ibarət milli komandalarının Gürcüstanın Batumi şəhərindəki Avropa çempionatının son turu üçün heyətləri açıqlanıb.

Qadınların yarışında birinci lövhədə Günay Məmmədzadə Ermənistan təmsilçisi Lilit Mkrtçyanla, kişilərin mübarizəsində isə Arkadi Naydiç Sloveniya yığmasından Luka Leniçlə üz-üzə gələcək. Bu tur Şəhriyar Məmmədyarov və onun bacısı Türkan Məmmədyarova istirahət edəcək.

Avropa çempionatı, IX tur

Kişilər

Sloveniya - Azərbaycan

Luka Leniç - Arkadi Naydiç

Matey Sebenik - Rauf Məmmədov

Yure Skoberne - Qədir Hüseynov

Yan Sudel - Eltac Səfərli

Azərbaycan - Ermənistan

Günay Məmmədzadə - Lilit Mkrtçyan

Xanım Balacayeva - Elina Danielyan

Ülviyyə Fətəliyeva - Mariya Gevorqyan

Gülnar Məmmədova - Anna Sarqsyan

Qeyd edək ki, son tura Bakı vaxtı ilə saat 12:00-da start veriləcək/Report.


SON XƏBƏRLƏR