Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olundu

img

01-11-2019 [18:05]


Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyinatı olub.

Bununla bağlı müvafiq əmr imzalanıb. 

Əmrə əsasən, Xoşbəxt Ağayeva Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin edilib.

 O, bu təyinatadək həmin səhiyyə müəssisəsində terapevt kimi çalışıb.

Qeyd edək ki, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehdizadə oktyabrın 17-də vəzifəsindən azad olunaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub