PA-nın yeni rəhbərindən ilk açıqlama: "Əlimdən gələni əsirgəməyəcəm"

01-11-2019 [16:43]
"Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məni Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin etmişdir. Bu təyinat mənim üçün çox böyük şərəf və məsuliyyətdir".

Mia.az xəbər verir ki, bu sözləri Prezidentinin Administrasiyasının yeni rəhbəri Samir Nuriyev "facebook"dakı səhifəsində yazıb.

O daha sonra belə yazıb: "Mənə göstərilən bu yüksək etimada görə Möhtərəm Prezidentə öz dərin minnətdarlığımı bildirirəm. Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm".


SON XƏBƏRLƏR