Vəkillər Kollegiyasının üzvü maşınla qadın öldürdü

01-11-2019 [15:26]
Daxili İşlər Nazirliyi (DİN) ötən gün piyadanın ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, oktyabrın 31-də saat 8 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində qəsəbə sakini Fazil Nəhmətov idarə etdiyi "Volkswagen” markalı avtomobillə yolu keçən həmyerlisi Esmira Mustafayevanı vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, F.Nəhmətov Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür. 


SON XƏBƏRLƏR