Bakıda keçmiş məhkumlardan külli miqdarda narkotik vasitə aşkarlanıb

01-11-2019 [10:55]
Bakıda keçmiş məhkumlardan külli miqdarda narkotik vasitə aşkarlanıb.

Mia.az DİN-ə istinadla bildirir ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1970-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş S.Cavadovdan Maştağa qəsəbəsində 40 qram heroin aşkar edilərək götürülüb.

Bundan başqa, Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1979-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Əbülfət adlı şəxs saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman 2.817 qram heroin, evindən 5.052 qram heroin, 8.044 qram metamfetamin, 56 qram tiryək və 1.064 metadon aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR