Suriyada Türkiyənin 1 hərbçisi şəhid olub, 6-sı yaralanıb

01-11-2019 [11:06]
Suriyada törədilən terror aktı nəticəsində Türkiyə ordusunun 1 hərbçisi şəhid olub, 6-sı yaralanıb.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusunun birlikdə həyata keçirdiyi "Barış pınarı” antiterror əməliyyatı zonasında baş verib. Terrorçular yola düzdükləri əldəqayrıma partlayıcıları partladıblar.

Şəhid olan 30 yaşlı gizir İsmail Sarıcan Türkiyənin Hatay bölgəsinin sakinidir. O, baytarlıq sahəsi üzrə mütəxəssis olub.  

Yaralı hərbçilər hospitala yerləşdiriliblər/Report.


SON XƏBƏRLƏR