31-10-2019 [20:36]
"Prezident İlham Əliyev Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi isə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən maraqlı məqamlara toxundu. Prezident icra başçıları qarşısındakı konkret vəzifələrin nədən ibarət olduğunu vurğuladı. Cənab İlham Əliyev eyni zamanda yeni təyin etdiyi şəxslərə yerlərdəki mövcud problemlərin gizlədilməsinin yolverilməzliyini bildirdi. Şamaxı rayonundakı zəlzələdən sonra bərpasına vəsait ayrılmış məktəb binasının vəziyyətinin dözülməzliyi barədə medianın məlumat yaydığını diqqətə çatdıran dövlət başçısı əslində xəbərdar etdi ki, hansısa formada üzə çıxarılması əngəllənən məsələləri media onsuz da işıqlandıracaq: "Sizə də tapşırıram, hər bir ölkədə problem var, biz o problemləri ört-basdır etməməliyik. Əksinə, üzə çıxarmalıyıq. O cümlədən mən media nümayəndələrinə də dəfələrlə müraciət etmişəm, demişəm ki, siz mənim köməkçilərimsiniz. Bəzi hallarda mən dözülməz vəziyyətlə bağlı mediadan xəbər tuturam”.
Prezidentin fikirləri onun medianın cəmiyyətdəki roluna, jurnalistikanın ictimai nəzarət funksiyasının dövlət idarəçiliyindəki mövqeyinə verdiyi yüksək dəyərin, həssas münasibətin növbəti bariz nümunəsidir".
Mia.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.
O bildirib ki, dövlət başçısı çıxışında yeni təfəkkürlü gənclərin yüksək vəzifələrə önə çəkilməsini gəncləşmə siyasəti və nəsillərin dəyişməsi kontekstində izah edir: "O, dövlət idarəçiliyində gənc və yaşlı nəslin vəhdətinin vacibliyini önə çəkir. Ən əsası isə cənab Prezident məsələnin sırf kampaniya xarakteri üzərində qurulan və son günlər mediaya yansımaqda olan tərəflərinə böyük ustalıqla aydınlıq gətirir: "Bu, təbiidir, nəsillər dəyişir, yeni təfəkkürlü insanlar irəli çəkilir. Bu, təbii prosesdir və biz bu prosesdən kənarda qala bilmərik. Ancaq onu da bildirməliyəm ki, bu, kampaniya xarakteri almamalıdır. Çünki mənə məlumat gəlir ki, bəziləri bunu kampaniyaya çevirmək istəyirlər və sınanmış, təcrübəli, bir qədər yaşlı insanlara qarşı bu kampaniyanı təşkil etmək istəyirlər...”.
Görünür, kimlərsə idarəçilikdə nəsillərin dəyişməsi kimi nəzərə çarpan qanunauyğun, təbii prosesin məhz ağrılı formada keçməsində maraqlıdır. Kampaniyanın məqsədi də heç şübhəsiz budur. İdarəçilikdə gənclərlə yaşlılar birlikdə deyillərsə, demək ki, zəruri təcrübə ilə dinamizm arasında disbalans yaranır".
Deputat qeyd edib ki, biz bunun fəsadlarını postsovet məkanında baş verən proseslər sonrası yaxşı gördük: "Bəli, nəticə etibarilə həmin ölkələrdə dövlət aparatının nə dərəcədə böyük ziyan çəkdiyi hamımıza məlumdur. Prezident İlham Əliyev belə xoşagəlməzliklərin baş verməməsinin təminatçısıdır. Ölkədə hər kəsi hamıdan yaxşı tanıdığını, kimin nəyə qadir olduğundan, hansı xidmətlər göstərdiyindən xəbərdarlığını xüsusi vurğulayan dövlət başçısının sözlərindən hər kəs nəticə çıxarmalıdır. Çünki onun "kampaniyaçılara” mesajı kifayət qədər sərtdir: "Ona görə hər kəs bilsin ki, mən bu kampaniyaya yol verə bilmərəm. Müəyyən dərəcədə xidmət göstərmiş insanlar, əlbəttə ki, dövlət tərəfindən də qiymətləndirilir və biz kampaniyaya yol verməyəcəyik”.
Nazir sabiq rəisə yeni vəzifə verdi
Sabiq direktorunun cinayət işi məhkəməyə göndərilib
Şərqşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR
Məhkəmə Ələsgər Məmmədliyə "yox!" dedi
"Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin..." - Prezidentin köməkçisi
Güclü külək əsəcək - Xəbərdarlıq
Hamlet faciəsi illər sonra səhnədə -FOTO
Mübariz və Mais Mənsimovlar məhkəməyə verildi
Bakıda və Abşeronda havada toz müşahidə olunur
125 min fələstinli cümə namazını Məscidül-Əqsada qılıb - FOTO
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb