"Mitinqin təxirə salınması doğru addımdır" - Müsavat funksioneri

31-10-2019 [18:59]
Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurasının (MŞ) sədri Cəmil Həsənlinin MŞ-nın noyabrın 2-nə təyin etdiyi razılaşdırılmamış aksiyanın təxirə salınması barədə təklifini müsavatçılar dəstəkləyir.

Mia.az xəbər verir ki, bu barədə Müsavat Partiyası başqanlığına sabiq namizəd Yadigar Sadıqlı  sosial şəbəkədəki səhifəsində yazıb.

O bildirib ki, aksiyanın təxirə salınması doğru addımdır: "Cəmil Həsənli 2 noyabr mitinqini təxirə salmağı təklif edib. Zənnimcə, doğru addımdır. Ümumiyyətlə, mitinqin belə erkən vaxta təyin olunması tələsik və o qədər də uğurlu olmayan addım idi”.


SON XƏBƏRLƏR