Milli Şura 2 noyabr mitinqini təxirə saldı - Cəmil Həsənli açıqladı

img

31-10-2019 [16:52]


Milli Şuranın sədri Cəmil Həsənli noyabrın 2-nə təyin etdikləri razılaşdırılmamış aksiyanın təxirə salınmasını təklif edib.

Mia.az xəbər verir ki, bu barədə C.Həsənli "feysbukl"dakı səhifəsində yazıb.

O bildirib ki, razılaşdırılmamış aksiyanın təxirə salınması ilə bağlı Milli Şuranın Koordinasiya Şurası və AXCP təcili müzakirə aparmalıdır.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətinə baxılıb və mitinqin noyabrın 2-si saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi, "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.

Lakin AXCP sədri Əli Kərimli aksiyanın razılaşdırılmamış şəkildə Nəsimi rayonu, metronun "28 may” stansiyasının yaxınlığında keçiriləcəyini bildirib. Bundan sonra DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR