Ağstafada güllələnmə: iki nəfər kürək nahiyyələrindən vuruldu

img

31-10-2019 [13:50]


Ağstafa rayonunda güllələnmə hadisəsi baş verib.

Mia.az "Report"a istinadla xəbər verir ki, Köçəsgər kəndinin sakinləri Məmmədov Qabil Ələsgər oğlu (1968) və Əlləcov Yüsif Əsgər oğlu (1959) kürək nahiyələrindən güllə yarası alıblar.

Yaralılardan biri Ağstafa Rayon Mərkəzi Xəstəxanasına, digəri Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Ağstafa rayonunda gənc oğlan əmisini və onun dostunu güllələyib. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Köçəsgər kənd sakini, 1989-cu il təvəllüdlü Sərxan Məmmədov əmisi Q.Məmmədovu və onun dostu Y.Əlləcovu odlu silahdan açdığı atəşlə yaralayıb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR