İcra başçısı istefa verdi: "Ölkədə ciddi islahatlar gedir" - Azərbaycanda gözlənilməz olay + Açıqlama/VİDEO

31-10-2019 [13:25]

Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev vəzifəsindən istefa verib. 

Mia.az xəbər verir ki, bu barədə Yenisabah.az-a Şəmsəddin Xanbabayevin özü bildirib.

"Artıq yaşlıyam. Ölkədə ciddi islahatlar gedir. Mən də Prezidentin çağırışına səs verərək istefa verməyi qərara aldım”, - deyə Şəmsəddin Xanbabayev əlavə edib.

O, digər yaşlı məmurların da ölkə başçısının çağırışına səs verəcəyinə ümdi etdiyini deyib: "Belə də olmalıdır. Hər halda bunlar ölkədəki vəziyyəti, gedən inkişafı başa düşməlidirlər. Şübhəsiz ki, gənc nəsil daha yaxşı, yeni ideyalarla işləyəcək.  Ona görə də, bu çoxdan lazım idi. Mən bunu çox yüksək qəbul edirəm. 

İndi öz aramızdır. Mən ulu öndərlə, Allah ona qəni-qəni rəhmət eləsin, prezidentimizlə işləmişəm. Mənə elə gəlir ki, vicdanla, namusla, qeyrətlə xidmət etmişəm. Harda oluramsa olum, evdə olum, pensiyada olum, yenə də möhtərəm Prezidentə və Heydər Əliyevin yoluna hörmətimi və dəstəyimi göstərməyə hazıram. Başqa cür ola da bilməz. Müstəqil Azərbaycana hər bir şəxs xeyir gətirməlidir. Bu, bizim respublikamızdır. Bura ki, xarici ölkələrdən gəlib razı gedirlər, biz də işləməliyik də, qardaş”, -deyə o, bildirib.

Şəmsəddin Xanbabayevin sözlərinə görə, artıq istefa ərizəsini təqdim edib. O, bundan sonra vaxtını nəvələrilə keçirəcəyini deyib.

Qeyd edək ki, Ş. Xanbabayevin 81 yaşı var.



SON XƏBƏRLƏR