Bakıda aptekdən pul oğurlayan 17 yaşlı gənc tutuldu

img

31-10-2019 [10:31]


Bakıda 17 yaşlı gənc aptekdən pul oğurlayıb.

Mia.az DİN-ə istinadla xəbər verir ki, hadisə oktyabrın 25-də, gecə saatlarında paytaxtın Binəqədi rayon, Süleyman Sani Axundov küçəsində baş verib.

Belə ki, Bakı şəhər sakini F.Həsənova məxsus aptekə gizli yolla daxil olmaqla qeyri-aşkar şəraitdə kassadan 7000 manat pul oğurlanıb. Daha sonra F.Həsənov hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü R.Dadaşzadə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR