Astarada 17 il axtarışda olan şəxs saxlanılıb

img

30-10-2019 [16:18]


Astarada 17 il axtarışda olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Mia.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin və DİN-in Baş Cinayət Axtarış İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində barəsində 08.11.2002-ci il tarixində axtarış elan olunmuş Astara rayonunun Şahağacı kənd sakini Ramil Məmmədov saxlanılaraq adiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR