Bakıda evlərdən oğurluq edən gürcü tutuldu

30-10-2019 [12:48]
Bakıda əcnəbi vətəndaş evlərdən oğurluq edib.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla bildiirir ki, Baş Cinayət Axtarışı İdarəsi və Xətai Rayon Polis İdarəsi 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən əcnəbi vətəndaş D.Qoqiçaişvili saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun daha 4 evdən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR