Respublika Psixiatriya Xəstəxanasında müalicə olunan şəxs evlərdən oğurluq edib

img

30-10-2019 [12:37]


Respublika Psixiatriya Xəstəxanasında müalicə olunan şəxs evlərdən oğurluq edib.

Bu barədə Mia.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini E.Namazəliyevin "QAZ-31” markalı avtomobilindən mobil telefonunu soyğunçuluq yolu ilə aparan, rayon ərazisindəki evlərdən birinin həyətindən elektrik sobası, habelə Biləsuvar rayon sakini İ.Abbasovun mobil telefonunu oğurlayan şəxsin hazırda Respublika Psixiatriya Xəstəxanasında müalicə olunan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Cəbiyev olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR