Futbolçu Nurlan Novruzovun atasına hökm oxundu

img

29-10-2019 [18:09]


Tanınmış futbolçu Nurlan Novruzovun atası, arvadını və özünü güllələyən Zahid Novruzova hökm oxunub.

Mia.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun hökmü ilə Z.Novruzov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə bu ilin iyununda baş verib. 61 yaşlı keçmiş məhkum Z.Novruzov Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən yaşayış binasının arxasında həyat yoldaşı, 55 yaşlı Təranə Novruzovanı qısqanclıq zəminində ov tüfəngi ilə güllələyərək öldürüb.

Daha sonra özünü başından vuraraq öldürmək istəyərkən silah əlindən çıxıb və güllə onun boğazından dəyib. Yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib, həkimlər Z.Novruzovun həyatını xilas edə biliblər.

Professional futbolla məşğul olan Nurlan Novruzov Azərbaycanda "Səbail", "Bakı" klublarının şərəfini qoruyub. Həmçinin Türkiyə klublarında da forma geyinib. Hazırda isə Moldovanın "Dinamo-Avto" klubunda karyerasını davam etdirir.

N.Novruzov məhkəmədə ifadə verərkən uşaq vaxtından ailədə şiddət gördüyünü deyib. O bildirib ki, atası içki içib, ailədə dava salıb, anasını, qardaşını və onu dəfələrlə döyüb.

"Ən çox əziyyəti qardaşım və anam görüb. Həmişə anamı döyəndə deyirdi ki, səni öldürəcəm. Biz o qədər "öldürəcəm" sözünü eşitmişdik ki, adi gəlirdi. Heç vaxt ağlımıza gəlməzdi ki, belə bir hadisə baş verəcək. Mənim anam bir mələk idi. Ümid edirəm ki, yaxın zamanlarda edam cəzası bərpa ediləcək. Bu insanlar yenidən cəmiyyət içinə çıxmamalıdır.



Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR