Beynəlxalq Atom Enerjisi Agentliyinin yeni rəhbəri kimdir? - Maraqlı məlumat + FOTO

img

29-10-2019 [16:49]


Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) baş direktoru vəzifəsinə Argentinanın təşkilatdakı daimi nümayəndəsi Rafael Qrossi seçilib.

"İnterfax” xəbər verir ki, dörd namizədin rəqabət apardığı səsvermədə səslərin üçdə ikisini, yəni 35 səsdən azı 23-nü toplayan iddiaçı qalib sayılıb.

"Reuters” xəbər verir ki, R.Qrossinin əsas rəqibi İAEA-nın baş direktoru əvəzi, rumıniyalı diplomat Kornel Feruta bir həftə əvvəl keçirilmiş səsvermə zamanı bir səs qabaqda olub. Belə ki, K.Feruta bu ilin iyul ayında vəfat etmiş əvvəlki baş direktor Yukia Amanonun yaxın adamı olub.

Yeni baş direktor 2020-ci il yanvarın 1-dən vəzifəsinin icrasına başlayacaq/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR