Bakıda piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb

29-10-2019 [12:27]
Bakıda piyadanı vurub öldürərək hadisə yerindən qaçan sürücü saxlanılıb.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, oktyabrın 27-də saat 22 radələrində Yasamal rayonunun A.M.Şərifzadə küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini E.Əşrəfzadə vurulub və xəsarətlə xəstəxanaya yerləşdirilib.

Bakı Şəhər Baş polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən "Runna” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini E.Əlpənahov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR