Bakıda iki maşın qaçırılıb

img

29-10-2019 [11:08]


Bakıda oğurlanmış avtomobillər tapılıb.

Mia.az DİN-ə istinadla xəbər verir ki, hadisə oktyabrın 25-də paytaxtın Binəqədi rayon, Q.Qarayev küçəsində baş verib.

Belə ki, A.Xəlilova məxsus açarını üzərində unutduğu "Mitsubishi" markalı minik avtomobil qaçırılıb.

Binəqədi Rayon Polis İdarəsi (RPİ) 4-cü Polis Şöbəsi (PŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qaçırılmış avtomobil oktyabrın 27-də Biləsuvar rayonunda saz vəziyyətdə tapılaraq sahibinə təhvil verilib.

Bundan başqa, oktyabrın 27-də gecə saatlarında Binəqədi rayon, Kazımovski küçəsində R.Mustafayevə məxsus "Hyundai Sonata” markalı avtomobil qaçırılıb.

Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qaçırılmış avtomobil oktyabrın 28-də Tbilisi prospektində saz vəziyyətdə tapılaraq sahibinə təhvil verilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR