Fransada məsciddə atəş açılıb, yaralılar var

img

28-10-2019 [21:34]


Fransada məsciddə namaz vaxtı naməlum şəxsin açdığı atəş nəticəsində iki nəfər yaralanıb.

Hadisə ölkənin cənub-qərbindəki Bayonn şəhərində baş verib.

Hadisəni törədən şəxs Sen Martin de Senan yaşayış məntəqəsindəki evində şübhəli şəxs qismində həbs edilib. Onun 84 yaşlı keçmiş hərbçi olduğu bildirilir. Polis evdə tapança, qaz balonu, qumbaralar tapıb. Cinayətkarın həmçinin məscidə neftlə dolu kanistr atdığı bildirilir.

Hadisə zamanı ağır yaralanan iki yaşlı kişi xəstəxanaya yerləşdirilib/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR