Sumqayıtda 56 yaşlı qadın övladı tərəfindən döyülüb

28-10-2019 [18:09]
Sumqayıtda 56 yaşlı qadın övladı tərəfindən döyülüb. 

"Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Corat bağlarında qeydə alınıb. 

Belə ki, Sumqayıt şəhər sakini, 1963-cü il təvəllüdlü Gəncəliyeva Xalidə Qənimət qızı yaşadığı Corat bağlarında öz oğlu tərəfindən döyülüb. Qadın müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb

Faktla bağlı araşdırma aparılır. 


SON XƏBƏRLƏR