Azərbaycan gimnastları “Medea Cup”da medal qazanıblar

img

28-10-2019 [15:14]


Gürcüstanın paytaxtı Tbilisidə idman gimnastikası üzrə beynəlxalq "Medea Cup” turniri keçirilib. 

Mia.az Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, turnirdə yığma komandanın üzvləri Anar Həsənov, Rəsul Əhmədzadə və Ramin Dəmirov iştirak ediblər. 

Həsənov sərbəst hərəkətlərdə, Əhmədzadə isə turnikdə birinci yeri tutub. Onlar müvafiq olaraq dəstəli atdakı çıxışlarına görə 2-ci və üçüncü pillədə qərarlaşıblar. 

Rəsul Əhmədzadə parallel qollarda çıxış edərək, daha bir bürünc medala sahib olub. 

Ramin Dəmirov isə halqalarla hərəkətdə üçüncü yeri tutub.  

Digər xəbərlər
SON XƏBƏRLƏR