Daxili İşlər Nazirliyi Qobustanda baş verən ağır yol qəzası ilə bağlı məlumat yaydı

img

28-10-2019 [13:00]


Daxili İşlər Nazirliyi Qobustan şəhərində baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

DİN Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, oktyabrın 26-da saat 8 radələrində Qobustan şəhərinin ərazisində Sumqayıt şəhər sakini Samir Rufullayevin idarə etdiyi "VAZ-2107” və Ağsu rayon sakini Əhmədağa Rüstəmovun idarə etdiyi "VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə hər iki sürücü hadisə yerində ölüb, avtomobillərdə olan 3 sərnişin xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR