Mikayıl Cabbarov kollektivə təqdim olundu - Baş nazir tərəfindən

img

28-10-2019 [11:10]


Bu gün Azərbaycanın yeni İqtisadiyyat naziri Mikayıl Cabbarov kollektivə təqdim olunub. 

Mia.az xəbər verir ki, onu İqtisadiyyat Nazirliyinin kollektivinə yeni Baş Nazir Əli Əsədov təqdim edib.

Xatırladaq ki, oktyabrın 23-də Prezident İlham Əliyev M.Cabbarovun Vergilər naziri vəzifəsindən azad edilməsi və İqtisadiyyat naziri təyin edilməsi barədə sərəncamlar imzalayıb. Həmin gün dövlət başçısı həmçinin "İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında" fərman imzalayıb. Fərmanla Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidməti statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib, qurumun yeni strukturu təsdiqlənib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR