Bakıda maşın qaçıran şəxslər saxlanıldı

img

28-10-2019 [10:35]


Bakıda avtomobil qaçıran şəxslər saxlanılıblar.

Mia.az DİN-ə istinadla xəbər verir ki, oktyabrın 14-də paytaxtın Nəsimi rayonu, A.Məhərrəmov küçəsində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü F.Əliverdiyevə məxsus "Niva” markalı avtomobil qaçırılıb.

Polis əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində məlum olub ki, hadisəni törədən şəxslər avtomobili Suraxanı rayonunun Bülbülə qəsəbəsində saxlayaraq qaçıblar.

Nəsimi Rayon Poilis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 19-cu Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər - Şəki rayon sakini, 1992-ci il təvəllüdlü N.Quliyev və Ağsu rayon sakini S.Hüseynov saxlanılıblar.

Onların ətrafında aparılan tədbirlər nəticəsində məlum olub ki, həmin şəxslər 1989-cu il təvəllüdlü Ə.Rəhimovla birgə oktyabrın 10-da R.Xəlilova məxsus avtomobili də qaçırıblar.

Faktla bağlı şübhəli şəxslər ətrafında əməliyyat-axtarış, istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR