"Azərsu" ağac kəsdiyinə görə cərimələnib

28-10-2019 [10:30]
Nərimanov Rayon Məhkəməsi "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin cərimə edilməsi barədə qərar çıxarıb.

Məhkəmə şirkəti İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci (Şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunsuz kəsilməsi) maddəsi ilə təqsirli bilib.

Bu inzibati xətaya görə, fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir.

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il qərarından "Azərsu" ASC sədrinin müşaviri - hüquq departamentinin rəisi Faiq Kazımov tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılır/Report. 


SON XƏBƏRLƏR